Suriyada İstanbul terrorunda əli olan silahlı məhv edilib

Suriyada Yeni İl gecəsi İstanbulda törədilən terror aktında əli olan İŞİD silahlısı məhv edilib.

Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

“Aprelin 6-da ABŞ qüvvələri tərəfindən yanvarın 1-ə keçən gecə İstanbulda baş verən terror aktının təşkilatçılarından biri Əbdürrəhman Özbəyi məhv edilib. O, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsi, maliyyələşdirilməsi ilə məşğul olub. Bundan başqa, Ə.Özbəyi Suriya və İraqdan kənarda terror aktlarının hazırlanmasında mühüm rol oynayıb”, deyə C.Tomas bildirib.

Qeyd  edək ki, Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna edilən  hücum zamanı  39 nəfər ölüb, 65 nəfər yaralanıb.  Terror aktını törədən şəxs yanvarın 16-da İstanbulda yaxalanıb. 

21.04.2017 22:14 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo