"Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı olub.

Təqdimat mərasimində  mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, film Bakıda mövcud olan abidələrin tarixindən bəhs edir.

Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnaməfilm" kinostudiyasında çəkilib.  Filmin rejissoru Nataliya Zavoznenko, ssenari müəllifi Sergey Şaçindir.

Tədbirdə çıxış edən filmin rejissoru və ssenari müəllifi Bakının tarixindən, maddi-mədəniyyət abidələrindən, müasir dövrdəki inkişafından danışıblar.  (apa)

21.04.2017 21:49 / Baxılıb: 349 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo