Narkotik alverçisi saxlanıldı

Hacıqabulda “Bonzay” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Hacıqabul rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Şirin Səadətdin oğlu saxlanılıb.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan təxminən 11 qram çəkidə sintetik tərkibli narkotik maddə olan “spays” (bonzai) aşkar edilərək götürülüb. Narkomanlar arasında istifadəsinə az rast gəlinən narkotik vasitə olan spays çox təhlükəli narkotik vasitə kimi qiymətləndirlir. Belə ki, spaysın qəbulundan sonra insanda hallyusinasiyalar, qarabasmalar və s. baş verir.

Qeyd edək ki, Şirin Hüseynov məhz adı çəkilən sintetik narkotik vasitəni satışı ilə məşğul olduğundan kriminal aləmdə o, “Bonzay” ləqəbi ilə tanınır.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (apa)

21.04.2017 20:55 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    28.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo