Atıcılıq klubuna hücumda şübhəli bilinən şəxslərdən biri saxlanılıb

Rusiyanın Xabarovsk vilayətində atıcılıq klubuna hücum etməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.

Azadinform-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, kirayə qaldığı evdə tutulub.

Həmin şəxs əvvəl məhkumluq həyatı yaşamış 1988-ci il təvəllüdlü Stavropol vilayəti sakinidir. Axtarış zamanı onun yaşadığı evdə kluba hücum zamanı istifadə olunan avtomat aşkarlanıb.

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinə silahlı basqın etməzdən öncə atıcılıq klubuna hücum edən və tək olduğu deyilən A. Konyev adlı şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib. O, kluba hücum zamanı təlimatçını öldürüb və oradan karabinlə iki tapança götürüb. Sonra o, FTX-nın qəbul şöbəsinə silahlı basqın edib. Hadisə nəticəsində biri FTX əməkdaşı olmaqla, iki nəfər ölüb. 

21.04.2017 20:41 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo