Maşın ağaca çırpılıb, bir nəfər ölüb

Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Lənkəranın Şovu kəndi ərazisində qeydə alınıb. UAZ narkalı minik avtomobilinin yolun kənarındakı ağaca çırpılması nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan Elçin Abdullayev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Digər şəxsin xəsarəti isə yüngül olub.

Faktla bağlı araşdırma aparılır. (apa)

21.04.2017 20:26 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo