Oğurluğa cəhd edən 122 nəfər saxlanılıb

AZADİNFORM. Ötən il və cari ilin 3 ayında Daxili İşlər Nazirliyinin «102» xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər, həmçinin «Təhlükəsiz şəhər» xidmətinin texniki imkanları ilə 573 cinayət «isti izlərlə», 367 cinayət avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə açılıb, axtarışda olan 127, oğurlanmış qeydiyyat nişanı ilə idarə edilən 45 avtomobil saxlanılıb.

Azadinform-un məlumatına görə, bu barədə DİN-də keçirilən kollegiya iclasında bildirilib. Qeyd edilib ki, bu növ cinayətlərin profilaktikasında böyük əhəmiyyət kəsb edən mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində təbliğatın gücləndirilməsi üzrə görülmüş tədbirlərlə 2016-cı ildə 1152 obyekt və 1326 mənzil, cari ilin 3 ayında isə 296 obyekt və 230 mənzil mühafizəyə qəbul olunub, habelə həmin müddətdə obyektlərdən oğurluğa cəhd edən 122 nəfər yaxalanıb.

21.04.2017 19:46 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    28.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo