QMİ sədri Gürcüstan parlamentinin sədri ilə görüşüb

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

İ. Kobaxidze bu gün Kutaisidə parlamentin iclasını təxirə saldığını və A. Paşazadə ilə görüşə gəldiyini bildirib.

Parlament sədri A. Paşazadənin II İliya ilə dostluğu barədə məlumatlı olduğunu bildirib. O, A. Paşazadənin Azərbaycanda gürcü dindarları üçün mühüm işlər gördüyünü bildirib: “Xalqlarımız arasında çoxəsrlik tarixi əlaqələr var”.

Parlament sədri Qafqazda sülh və əmin-amanlığın təmin edilməsində A. Paşazadənin və II İlyanın səylərini qeyd edib.

İ. Kobaxidze azərbaycanlı deputatların Gürcüstan parlamentinin işində fəal olduqlarını qeyd edib.

A. Paşazadə isə Gürcüstanın son bir neçə ildə sürətlə inkişaf etdiyini, ölkədə məscidlərin tikildiyini vurğulayıb. Regional məsələlərdən danışan QMİ sədri bölgədə mövcud münaqişələrin sülh yolu ilə həllinin vacibliyini önə çəkib.

Görüşdə Azərbaycan səfiri Dursun Həsənov da iştirak edib. (apa)

21.04.2017 19:35 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo