Milli Şuranın mitinqi təxirə salınıb

Samir Soltanov/AZADİNFORM. Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb. 

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Azadinform-a verilən məlumata görə, AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib. 

Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib. BŞİH aprelin 19-da müraciəti cavablandıraraq, aksiyanın keçirilməsinə razılıq verib.

21.04.2017 18:10 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo