Baş nazir Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Samir Soltanov/AZADİNFORM. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. 

Fonddan Azadinform-a verilən məlumata görə, baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb. 

Müşahidə Şurası ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib. 

Baş nazir növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

21.04.2017 17:37 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo