Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Eşqin Nuruşov/AZADİNFORM. Aprelin 16-da Bərdə Olimpiya İdman Kompleksində başlayan müəllimlərin diaqnostik qiymətləndirməsi bu gün başa çatıb.

Azadinform Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 5 günlük qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib.

Bildirilir ki, Bərdə Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə aprelin 25-dən başlayaraq 30-na qədər davam edəcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

21.04.2017 17:50 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo