Bakı Şopinq Festivalında Ordubad nemətləri

Samir Soltanov/AZADİNFORM. Bakı Şopinq Festivalına qoşulan mağazalar arasında “Ordubad nemətləri” də yer aldı. 

Azadinform xəbər verir ki, Bakı Şopinq Festivalının iştirakçı statusu alan mağaza turistlərə və Bakı sakinlərinə Azərbaycanın dadlı nemətlərini təqdim edir. 

Ölkəmizin dilbər guşəsi olan Naxçıvanın Muxtar Respublikasının Ordubad rayonunda yetişdirilən məhsullar ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət qazanıb. Həmin nemətləri daha sərfəli qiymətlərlə və bol çeşidlə almaq istəyən alıcılar üçün böyük fürsət təqdim edirik. 

Bakının Aşıq Alı küçəsi, 3C ünvanında yerləşən “Ordubad nemətləri” mağazasında mayın 10-dək ərzaq məhsullarına 30 faizədək ediləcək. Üstəlik ödənilən ƏDV də geri qaytarılacaq. 

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Ordubad nemətləri” mağazasında alış-veriş etməklə, həm yüksək keyfiyyətli sağlam qidalar almağa, həm də öz büdcəsinə qənaət etməyə dəvət edir. 

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http: //bakushopfest.com/ru/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər. 

21.04.2017 18:50 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo