Aleksandr Vasilyev: "Əminəm ki, Bakı Şopinq Festivalı yüksək səviyyədə keçir"

Eşqin Nuruşov/AZADİNFORM. Tanınmış dəb tarixçisi, Rusiyanın Birinci kanalında yayımlanan “Modnıy priqovor” verilişinin aparıcısı Aleksandr Vasilyev Bakı Şopinq Festivalı haqqında fikirlərini bölüşüb.

Azadinform bakushopfest.com saytına istinadən xəbər verir ki, onun sözlərinə görə, aprelin 10-dan mayın 10-dək paytaxtda keçirilən və nəinki Azərbaycanda, ümumiyyətlə MDB məkanında ilk olan Bakı Şopinq Festivalı yüksək səviyyədə keçir.

“Hesab edirəm ki, Bakı Şopinq Festivalının keçirilməsi çox gözəl hadisədir. Əminəm ki, bu tədbir yüksək səviyyədə keçir. Çünki Azərbaycan qadınları dəblə ayaqlaşırlar, yaxşı geyinməyi sevirlər. Onlar özlərinə qulluq etməyi xoşlayırlar – bəzənirlər, üz dərilərinin, bədən quruluşlarının qayğısına qalırlar. Bakıda bir çox spa salonları fəaliyyət göstərir, hər cür masaj növləri təqdim olunur. Əlbəttə, bu qadınların daha cəlbedici olmasına kömək edir”, – deyə, tanınmış aparıcı qeyd edib.

21.04.2017 17:34 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo