DİM bakalavrlara müraciət edib

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

DİM-dən Azadinform-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar bu gündən etibarən ayın 30-dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 3 – 5 may tarixində qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 21 – 30 apreldə DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar mayın 2-də "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3 – 5 mayda vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qeyd edək ki, qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında dərc ediləcək.

21.04.2017 16:40 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo