"Real" - "Atletiko" cütlüyü ilə bağlı saxtakarlıq İddia

Samir Soltanov/AZADİNFORM. Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin püşkünün nəticəsi əvvəldən planlaşdırılıb. 

Azadinform xəbər verir ki, belə bir iddia ilə İspaniyanın məşhur AS nəşri çıxış edib. Bu mətbu orqandakı həmkarlarımız püşkü çıxaran əfsanəvi uelsli futbolçu Yna Raşın hərəkətindən şübhələnirlər. Məsələ ondadır ki, ÇL-də 2016/17 finalının nümayəndəsi kimi şarları səbətdən çıxaran "Liverpul"un keçmiş hücumçusu "Real"ın adını çıxarandan sonra səbətdəkiləri qarışdırmayıb. O, dərhal növbəti şarı çıxarıb ki, orada "Atletiko"nun adı göstərilib. 

İspaniya mətbuatında belə mülahizə var ki, UEFA finalda növbəti Madrid duelinin mümkünlüyündən qaçmaq istəyib. Jurnalistlər hesab edir ki, şarlara termik cəhətdən təsir göstərilib.  

Xatırladaq ki, "Real"la "Atletiko" son 3 ildə 2 dəfə finala oynayıb və hər ikisində "Kral klubu" qalib olub.

21.04.2017 16:33 / Baxılıb: 316 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo