ABŞ-Rusiya münasibətləri normallaşarsa, gündəlikdə hansı məsələlər ola bilər? Açıqlama

Leyla Məhərrəmova / AZADİNFORM. Düşünmürəm ki, Donald Trampla Vladimir Putinin görüşməsi ilə ABŞ və Rusiya arasındakı bütün problemlər həll olunsun. Lakin gərginliyin artmasının qarşısı alına bilər.

Bu fikirləri Azadinform-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O qeyd edib ki, dövlətlərarası münasibətlər təkcə prezidentlərin şəxsi münasibətinə bağlı deyil. Lakin dövlətlərarası münasibətlərin düzgün istiqamətlənməsi üçün şəxsi münasibətlər də vacibdir.

“İki dövlətin münasibəti normallaşarsa, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə impuls verə bilərmi?” sualına cavabında deputat deyib: “Dağlıq Qarabağ münaqişəsinin hələ ki onların gündəliyində olacağını  düşünmürəm. Hesab edirəm ki, Suriya, Ukrayna, Şimali Koreyada təhlükəsi, İran məsələsi gündəmdə ola bilər. Raket və nüvə silahlarının məhdudlaşdırılması  məsələsini bura daxil etmək olar.  Fikrimcə bu məsələlər daha öndə  olacaq”. Deputat əlavə edib ki, ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupunu həmsədrləri olduğunu nəzərə alsaq, münasibətlər yaxşılaşdığı halda, Dağlıq Qarabağ münaqişəsinin də gündəmə gəlməsi vacibdir.

21.04.2017 15:04 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    28.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo