Dolu düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb.

ETSN-dən Azadinform-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Məlumatda bildirilir ki, havanın temperaturunun gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.

Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa  yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  45-55 %  təşkil edəcək.

Tibbi-meteorolji proqnoza əsasən, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri  küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında aprelin 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Nəzərə çatdırılır ki, sabahdan etibarən 25-dək ölkədə hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.

21.04.2017 13:20 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo