Çaylarda mövcud vəziyyət açıqlandı

Eşqin Nuruşov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata əsasən, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-50  faizini təşkil edir.

Azadinform ETSN-ə istinadən xəbər verir ki, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 374 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 345 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.

Aprelin 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 20, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 23 sm azalma, Şirvanda 2, Salyanda 3 sm artım qeydə alınıb.

Qeyd edək ki, hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il aprelin 21-də 430 sm), Şirvanda 307 sm (2016-cı il aprelin 21-də 373 sm), Salyanda 238 sm (2016-cı il aprelin 21-də 249 sm), Bankədə 203 sm (2016-cı il aprelin 21-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2016-cı il aprelin 21-də 150 sm) təşkil edir. 

21.04.2017 13:00 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo