Bakı-Quba yolunda qəza baş verib

Eşqin Nuruşov/AZADİNFORM. Bakı-Quba yolunun 8-ci km-də yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Azadinform FHN-ə istinadən xəbər verir ki, hadisə “VAZ” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

21.04.2017 11:15 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo