Arvadını qeyri-təbii intim münasibətə təhrik etdi Mərdəkanda

AZADİNFORM. Mərdəkanda bir nəfər həyat yoldaşını qeyri-təbii intim münasibətinə təhrik edib. 

Bu barədə məlumat Azadinform-a “İşgəncələrə qarşı Azərbaycan komitəsi”ndən daxil olub. Komitə sədri Elşad Həmidovun verdiyi məlumata əsasən Mərdəkan qəsəbəsindən komitəyə daxil olan məlumatda bildirilir ki, bir neçə ildir ailəli olan Əmiri Şəbnəmin öz həyat yoldaşı Əsədov Bəxtiyar onu qeyri-təbii intim münasibətinə məcbur etdiyinə görə ailələrinin dağılmasına gətirib çıxarıb.

Şəbnəmin yaxın qohumlarının verdiyi məlumata görə, Bəxtiyarın bu mənəviyyatsız hərəkətinə görə hüquq mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər. Komitə sədri Elşad Həmidov onu da bildirib ki, komitənin üzvlərindən bu müraciətlə əlaqədar 2 nəfər Şəbnəmin qohumları ilə görüşərək hadisəni təfsilatı ilə öyrəniblər. Hal-hazırda bu işlə bağlı Xəzər rayon 1-ci polis bölməsində araşdırma aparılır.

21.04.2017 09:55 / Baxılıb: 945 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo