Bu qadın 250 kilo arıqladı

Dünyanın ən ağır qadını sayılan misirli Eman Abd əl-Ati əməliyyatdan sonra çəkisinin yarısını itirib.

BBC agentliyinin yaydığı xəbərə görə, Hindistandakı klinikada bariatrik əməliyyat iki ay əvvəl keçirilib.

Lakin onun nəticələri barədə məlumat yalnız indi açıqlanır.

Bariatrik cərrahiyyə çəkinin tənzimlənməsi və piylənməyə qarşı həyata keçirilir.

Eman Abd əl-Ati əməliyyatdan sonra müalicə kursunu davam etdirir.

Onun nəticələri barədə açıqlamada deyilir ki, çəki itirməkdə davam edən pasient uşaqlıqda keçirdiyi beyin qanamasına görə qismən iflic olub və tutmalardan əziyyət çəkir.

Cərrah Muzzafala Lakdavala əl-Atinin hələ ki, danışmağa çətinlik çəkdiyini deyir.

Qadının qohumlarına əsasən uşaqlıqda insult keçirdikdən sonra yatağda qalan Eman son 25 il ərzində evini tərk etməyib. (trend)

21.04.2017 09:50 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo