"Əsas məqsəd deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasıdır"

“Milli Məclis üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin iclasında müzakirəyə çıxarılıb. 

Məlumata görə, iclasda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir. B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir.
Vitse-spiker deyib ki, dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərləri, seçkili orqanların rəhbərləri, bələdiyyə üzvləri və dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var.
B.Muradova qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələr gətirə biləcək hərəkətlərdən çəkindirməkdir: “Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”. (trend)

20.04.2017 12:50 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    28.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo