Binəqədidə ümumrayon iməcliyi keçirildi Fotolar

Samir Soltanov/AZADİNFORM. 15 aprel 2017-ci il tarixdə Binəqədi rayonunda ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları, ümumrayon iməcliyi keçirildi. 

Azadinform xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti  başçısının müavinləri, Aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, eləcə də rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 2500 nəfər fəal iştirak etdilər.  

Aksiyalar çərçivəsində ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi, abadlıq işləri görüldü.  Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmir edilərək rəngləndi. Binaların qarşısında bardurlar yenidən bərpa olundu, bloklar cari təmir edildi. Ağacların qurumuş budaqları budanaraq, dibləri belləndi. Həmçinin, binaların həyətində, məhəllədaxili parkda yeni ağaclar əkilərək sakinlərin ixtiyarına verildi. 

Ümumrayon iməcliyi zamanı 7-ci mikrorayon Abay Kunanbayev küçəsi 1və 2 saylı binaların qarşısında və 719 saylı binanın arxasında ümumilikdə 1500 ədəd ağac əkildi. Cəfər Xəndan küçəsində 1000 m2 ərazidə qazon salındı, Bakı-Sumqayıt və Azadlıq prospekti yolları boyunca 2000 gül əkildi. İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri çərçivəsində yolun asfalt-beton örtüyü yenidən döşəndi. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri də bərpa olunaraq asfaltlandı.  Ümumilikdə 10 min m2-dən çox sahə asfaltlanaraq sakinlərin ixtiyarına verildi. 

Bayram əhval-ruhiyyəsində keçən ümumrayon iməcliyində rayonun məktəbəqədər təhsil müəssisələri də fəal iştirak etdilər. 272, 151 və 177 saylı körpələr evi-uşaq bağçalarının balaca fidanları isə maraqlı kompozisiyaları, rəqsləri ilə bu aksiyaya öz töhvələrini verdilər.   

Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olundu. 

Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

17.04.2017 12:17 / Baxılıb: 178 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo