Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud olan status-kvo tezliklə dəyişməlidir

"Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordumuzda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi".



Azərbaycan Respublikasının Prezidenti, Silahlı 

Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev. 

 

Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışmış, bu məqsədlə bütün mümkün vasitələrdən, o cümlədən cəbhə xəttində təxribatdan istifadə etmişdir. Bunu aşağdakı faktlar bir daha sübut edir.

Belə ki, 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cü ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarından sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar sübut edir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan istifadə edir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial, qətiyyətli, düşünülmüş, xalqın milli maraqlarına uyğun siyasəti sahəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələnmişdir. Ölkə Prezidentinin Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ Rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılmışdır. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bildirmiş, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etmişdir.

2015-ci ilin sonunda Rusiyanın Xarici İşlər nazırı Sergey Lavrov da münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təkliflə çıxış etmiş, bu məqsədlə həm Azərbaycana həm də Ermənistana səfər etmişdir. 2016-cı il martın 10-da isə S. Sarkisyan Moskvaya dəvət olunmuş və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılmışdır. Həmçinin Fransa Prezidenti Fransua Oland da cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatda 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədirləri də münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirmişdilər. Bu isə beynəlxalq aləmə və dünyanın aparıcı dövlətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri mümkün olmasına dair açıq mesajlar idi. 

2016-cı il aprelində Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq cəbhə xəttində növbəti təxribatını törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı mövqeyini neytrallaşdırmağa çalışmışdır. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirmiş, nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirmiş, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklilkləri geri qaytarılmış, silahlı qüvvələrimiz on minlərlə əraziyə nəzarət etmək imkanı qazanmışlar.

 Aprel döyüşlərində mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini sarsıtdı. Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir. Xocalı faciəsinin cinayətkarı Serj Sarkisyan hakimiyyəti və onun havadarları bilməlidirlər ki, Azərbaycan əsgəri heç zaman işğal faktı ilə barışmayacaq. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Sülh danışıqları nəticə verməsə, əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazırdır. Aprel döyüşlərində hərbçilərimiz fərdi şücaətlər göstərməklə yanaşı, ordumuzun arsenalında olan ən son silahlardan, başqa sözlə desək, “beşinci nəsil” silahlardan istifadə edərək son illərdə əldə olunan müasir silah sistemlərinə bacarıqla yiyələndiklərini nümayiş etdirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”. 

Bir il bundan öncəki tarixə nəzər salaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücümun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Döyüş nəticəsində Goranboy rayonun və Naftalan şəhərinə təhlükə yaradabiləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin Erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. 2 aprel 2016-cı il beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvləri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əkshəmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib. Azərbaycan tərəfini razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edən mövqeləri, ərazilərin geri qaytarılmasına cəhd göstərdi və nəticədə həm hərbi texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verdi. Qısa müddətdə həyata keçirilən sürətli əks həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhəni bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri erməni silahlı qüvvələrindən tam azad olundu. Aprelin 3-dən başlayaraq Azərbaycan Sillahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdlğını elan etdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvləri Ağdərə-Madagiz istiqamətində yoların nəzarətdə saxlanmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı 93 hərbi qulluqçusu həlak olub, bir Mi24 helikopteri vurulub və bir tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə Ermənilərə məxsus 30 tank, 20-dək Artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 340 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb.

Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin 2016-ci il aprel ayının 6-da yayımladığı məlumata da aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontektsində Ermənistan tərəfindən beynəlxalq hümanitar hüququn pozulması göstərilmişdir. Nazirliyin məlumatında bildirilir ki, “2016-ci ilin 2 aprel tarixində səhər erkən saatlarından başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşətriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbyacan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahıllarında olduğu qeyri döyüşçü mülki əhaliyə qarşı qəstdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 mülki şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin, çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrakstruklara ciddi ziyan dəyib. 232 fərsi yaşayış evi, 99 elektirik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələr tərəfindən idarə olunan raket zərbələri endirilib. Bir məscid ibadət zamanı yüksək kolibrli artilleriya mərmiləri ilə vurulub”. 

Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatı və cavab tədbirlərinin dayandırılmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam etdi. Düşmən tərəfi itirilmiş mövqelərin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd–Füzuli istiqamətində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Apreıin 3 və 4-nə keçən gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qaldı. Apreıin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalırdı. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edirdi. Bu istiqamətdə düşmənin strateji baxımından əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdıldı. Aprelin 4-də axşam saattlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü nəticəsində məhv edildi. Cəbhənin Xocavənd-Füzuli istiqamətində isə Ermənistanın 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikası sıradan çıxarıldı. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarında keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qaldı, 20-dək hərbi texnikası tam sıradan cıxarıldı. Azərbaycan Respublikası Müdafiə Nazirliynin aprelin 19-unda yayımladığı məlumata əsasən cəbhə bölgəsində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz üçüş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildi. Növbəti gün aprelin 20-sində yayımlanmış məlumatlarda isə qeyd edilib ki, yenə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter tipli “DJİ PHAMTON” pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib. Aprelin 5-də 12.00 dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında əldə edildi. Azərbaycan ordusunun silahlı qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirməyə başlamişdir.

 Azərbaycan Ordusunun bölmələri aprel döyüşləri zamanı əməliyyatları həm cənubda – Lələtəpə, həm də şimalda Talış kəndləri istiqamətlərində əlavə qüvvə cəlb etmədən, əraziyə cavabdeh briqadaların iştirakı ilə aparıb. Bu bir daha onu deməyə əsas verir ki, Azərbaycan Ordusu işğal altındakı ərazilərdə, özü də strateji yüksəkliklərdə mövqe tutmuş, orada illərdən bəri möhkəmləndirmə işləri aparmış düşməni kiçik qüvvə ilə darmadağın etməyi bacarmışdır. 

 Aprel döyüşlərinin əsas yekunlarından biri də düşmən üzərində hərbi və psixoloji üstünlüyə nail olmağımızdır. Bununla yanaşı, həmin döyüşlər Azərbaycanın daxilindəki milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın iqtidarla sarsılmaz birliyini dünyaya göstərdi. Düşünürəm ki, döyüş əməliyyatlarının bir daha təkrarlanacağı təqdirdə Azərbaycan Ordusu qısa müddətdə düşmənə ağır zərbələr endirərək respublikamızın ərazi bütövlüyünü təmin edəcək. 

 Cənab Ali Baş Komandanımızın sözü ilə desək, “bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır”.

 Aprel döyüşləri Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarını istənilən an geri qaytarmaq gücündə olduğunu sübut etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytardıq. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan azad edildi. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir”.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səviyyədə keçirilən görüşlərdə və aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin daha çox dəstəklənməsi, dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli sözünün beynəlxalq aləmdə daha çox eşidilməsi iqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistanın çaşqınlığını və inamsızlığını artırmaqdadır.

 Ölkə başçısı bu haqda fikirlərini bildirərək demişdir: “Aprel döyüşləri zamanı Azərbaycan Ordusu sadəcə olaraq imkanlarını cüzi bir faizini nümayiş etdirmişdir. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.

Aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir. Bu döyüşlər Azərbaycanın tarixində uğurlu hərbi qələbəmiz kimi qalacaq. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin geyd etmişdir ki “Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir. Bildiyiniz kimi, baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur. Mən hökumətə də bunu demişəm, bütün dövlət qurumları bunu bilir. İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır.” 

Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.

Nəticə olaraq onu geyd etmək istərdim ki, aprel döyüşlərdən sonra beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir. Bir daha göründü ki, Azərbaycan işğal faktı, mövcud status –kvo ilə barışmaq, Ermənistan təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdədt nümayiş etdirdi.

Aprel döyüşləri Azərbaycanla bağlı “məğlub tərəf” sindromunu aradan qaldırdı, bu münaqişədə qalib və məğlub tərəfin olmadığını, Ermənistanın əldə etdiyi “uğurun” müvəqqəti xarakter daşıdığını göstərdi və gec-tez ədalətin bərpa olunacağına əminliyini artırdı. Aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir. Aprel döyüşləri Ermənistan cəmiyyətində gərginliyi artırdı, xalqla hakimiyyət arasında uçurumun daha da dərinləşdirdi.

Ümumilikdə, aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu. 


 Kamran Behbudov,

 ADA Universitenin müəllimi, Hüquq üzrə Fəlsəfə doktoru

11.04.2017 19:11 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
    11.05.2017
    Bizə nə olub?
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo