Elxan Şirinov: Heç vaxt müəllim maaşı ilə dolanmamışam

Ümidə Həsənli/AZADİNFORM. “Heç vaxt müəllim maaşı ilə dolanmamışam. Mən də elə toylara getmişəm, hər hansı görüşlərdən, konsertlərdən qazanmışam. Hələ indiyədək müəllim işləyirəm, amma maaşı almıram”. Bunu “Azadinform”a  açıqlamasında populyar müğənni Elxan Şirinov deyib.

Bir müddət səhnədən uzaqlaşan sənətçi Azərbaycan Dövlət Dillər Universitetində müəllim kimi yaradıcılığını davam etdirdiyini bildirdi. Artıq Elxan Şirinov əksər müğənnilər kimi toy ziyafətlərində də görünür: “2008-ci ildən məni sevən insanlar yenidən toylara çəkdilər, yenidən səhnələrə gətirdilər. İndi hər şey normaldır. Yaxşıyam, hər şey yaxşıdır. Camaat necə, mən də elə. Orda-burda, tədbirlərdə, Allah qismət etdiyi, ürəyimiz istəyən qədər müəyyən yerlərdə görünürük”.
3 il bundan əvvəl səhhətində ciddi problemlər yaranan ifaçı özünü yaxşı hiss etdiyini dedi. Uzun fasilədən sonra səhnəyə qayıdan Elxan Şirinov yenə də əvvəlki ciddi imicini qoruyub saxlayıb: “2008-ci ildən artıq səhhətimdə heç bir problem yoxdur, yəni sağlam, bütöv insanam. Şou görüntüsü yaratmaqdan uzağam. O mənada uzağam ki, bilməyənlər də bilsin ki, mən müəlliməm, filologiya elmləri namizədiyəm, amerikaşünasam. Mən ən azı 5 dil bilirəm, 5 dildə başa sala bilirəmsə, mən darıxmıram”.

21.12.2011 16:35 / Baxılıb: 2108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo