Binəqədi şəhidinin il mərasimi keçirilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər. 

Daha sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.  

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak edib.

4.04.2017 13:03 / Baxılıb: 156 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.09.2018
19.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo