Bu sekta ilə bağlı Komitə sədrinə belə müraciət etdim, heç bir reaksiya verilmir Azər Həsrət

Leyla Məhərrəmova/AZADİNFORM. “İndi də "Satya Sai" adlı bir sektantın uzantıları Azərbaycan təhsilinə soxulublar. Keçən ildən bu yana həyəcan təbili çalıram. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya belə müraciət etmişəm”. Azadinform xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist Azər Həsrət çıxış edib.


A.Həsrət bildirib ki, müraciətlərinə baxmayaraq heç bir reaksiya verilmir, əksinə, bu şarlatan sektasının ardıcıllarına daha geniş şərait yaradılır. Şalva Amonaşvili adında bir sektantı da gətirib müəllimlərimizə dərs keçdirirlər bu Vətən xainləri!; “Nədir, indi də FETÖ olayında olduğu kimi 20 il gözləməliyik ki, daha bir sekta hər yerə nüfuz etsin, ondan sonra tədbir görək?” 


A.Həsrət maraqlı çağrış da edib; “Ay bu Vətənin çörəyini yeyib ona arxa çevirən haramzadalar! Yığışdırın da bu əməllərinizi! Onsuz da pulunuz, çörəyiniz haramdan çıxır, niyə bu işə Azərbaycan müəllimini, təhsilini də alət edirsiniz?” 


A.Həsrət bu sektantların ardınca gedən müəllimləri anlamaqda da çətinlik çəkdiyini bildirib: "Dostlar, bu şəklə (söhbət xəbərin altında yerləşdirilən fotodan gedir) diqqətlə baxın. Azərbaycan təhsil sisteminə aid müəssisələrdə bu Amonaşvili ilə bağlı saytlara giriş əngəllənir. Çünki adam sektantdır. Amma necə olur ki, biriləri bunu gətirib müəllimlərimizə dərs keçdirirlər? Yoxlamaq üçün özünüz də məktəblərdən birində belə axtarış aparsanız qarşınıza bu mənzərə çıxacaq”.

  .

12.01.2017 15:03 / Baxılıb: 531 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo