Qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatıb

Samir Soltanov/AZADİNFORM. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib. 

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da  40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. 

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatıb. 

Qeyd edək ki, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan  istifadəsi üçün limit ayrılıb.

12.01.2017 14:03 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo