Cəlilabadda ərzaq dükanında oğurluq olub - Fotolar

AZADİNFORM. Cəlilabadda ərzaq dükanında oğurluq olub.  Azadinform xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qüdrət İsmayılov küçəsində yerləşən Fəxrəddin Quluyevə məxsus ərzaq dükanında baş verib. 

Dükanın dam örtüyünü sökməklə oradan içəri daxil olan naməlum şəxs və ya şəxslər xeyli sayda ərzaq məhsulları, telefon danışıq kartları, siqaretlər və kassada olan nəğd pulları götürüblər. Dükan sahibi isə mövcud hadisədən səhər saatlarında xəbər tutub və dərhal polisə məlumat verib.

Oğurluq hadisəsi zamanı dükan sahibinə 2000 AZN ziyan dəyib.

Qeyd edək ki, bu oğurluq Q.İsmayılov küçəsində baş verən ilk hadisə deyil. Bundan əvvəl də bu ətrafda yerləşən ərazaq dükanlarında müxtəlif vaxtlarda analoji oğurluq hadisələri baş verib.

Cəlilabad polisi hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalara başlayıb. 

12.01.2017 13:49 / Baxılıb: 525 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2017
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo