Millimiz mövqeyini qoruyub Reytinq

Samir Soltanov/AZADİNFORM. FİFA 2017-ci il üçün milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. 

Azadinform FİFA-nın saytına istinadən xəbər verir ki, komandamız ötən ay olduğu kimi mövqeyini qoruyub. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb. 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü),  Şimali İrlandiya (32-ci),  Çexiya (43-cü), və San Marinonun da  (202-ci) mövqeyi dəyişməyib. Yalnız  Norveç bir pillə geriləyərək 84-cü yerə düşüb. 

Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.

12.01.2017 13:32 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo