Pirallahı əmək resurslarıyla bərabər, turistlərin də axışacağı məkana çevriləcək

Samir Soltanov/AZADİNFORM. “Sosial-iqtisadi sahədə aparılan işlər, həyata keçirilən proqramlar onu deməyə əsas verir ki, ölkədə sənaye sektorunda mərkəzləşdirilmiş qaydada işlərin aparılmasından çox regionların, daha az inkişaf edən rayonların inkişafına üstünlük verilir”.

Bu barədə Azadinform-a danışan ekspert İlqar Vəlizadə bildirib ki, xüsusilə Abşeron yarımadasında gedən işlər onu göstərir ki, əsas məqsəd Bakını sənaye və demoqrafik cəhətdən yükünü azaldaraq digər regionları inkişaf etdirməkdir: “Misal üçün Pirallahı qəsəbəsinin inkişaf planı onu göstərir ki, məhz burada yeni sənaye qovşağı yaradılır. Burada əsas məqsəd az sayda əhalisi olan, amma iqtisadi sahədə güclü potensialı olan bölgəni inkişaf etdirməkdir. Bildiyiniz kimi bu bölgə neft-qazla zəngindir, burada kifayət qədər neft-qaz infrastrukturu yaradılıb. Burada sosial infrastruktura hələ ki yüksək dərəcədə inkişaf etməyib. Planlar arasında sosial infrastrukturun yaradılması da nəzərdə tutulur. Yeni yaşayış obyektlərinin tikilməsi, iş yerlərinin yaradılması, səhiyyə, təhsil ocaqlarının yaradılması yeni Pirallahı sənaye şəhərciyinin salınması deməkdir. Bu kompleks planlardır”.

Ekspert vurğulayıb ki, burada həmçinin yerli dəniz limanının yaradılması üçün şərait yaranacaq: “Eyni zamanda yeni Pirallahı nəqliyyat dəhlizi yaradılır. Nəqliyyat dəhlizinin yaradılması da imkan verəcək ki, bu zonaya təkcə əmək resurslarının axını yox, turistlərin də axını ola bilər. Çünki burada dənizkənarı istirahət zolağı da yaradılır. İlk növbədə yerli turistlər gələcək. Yəni, Bakı və onun ətrafı ərazilərdən, hətta Sumqayıtdan insanlar buraya istirahət üçün gələcək. Zaman keçdikcə xarici turistlərdə bu zonaya istirahət üçün gələcək. Belə ki, Rusiyadan, Qazaxıstandan, Türkmənistandan insanlar gəlib burada istirahət eləyə biləcəklər. Bu həmçinin nəqliyyat baxımından da rahat olacaq”.

12.01.2017 13:20 / Baxılıb: 648 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo