Bunlar ölkədə ictimai-siyasi sabitliyə xidmət edir

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyət qənaətbəxşdir. 

Bu fikri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, İŞİD Azərbaycanı hədəf seçmiş terror qruplaşmalarından biridir.

Politoloq vurğulayıb ki, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə uğurlu fəaliyyət göstərir: “Onlar baş verə biləcək hər hansı terror hadisəsindən Azərbaycanı  uğurla qoruyurlar”.

Q. Hüseynli hesab edir ki, ölkədə sabitlik də normal vəziyyətdədir: “Əhalinin müəyyən çətinliklərinin olmasına baxmayaraq, sosial tədbirlər görülür. Pensiya, maaş və  müavinətlərin artırılması barədə qərar verilib. Hesab edirəm ki, bunlar ölkədə ictimai-siyasi sabitliyə xidmət edir”.

12.01.2017 12:49 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo