Nezavisimaya qazeta: Azərbaycan özünün hərbi gücünü artırır

Rüstəm Əliyev/AZADİNFORM. Rəsmi Bakı öz torpaqlarını işğaldan azad etmək üçün hərbi yoldan istifadə hüququnu öz əlində saxlayır.

Bu barədə Azadinform “Nezavisimaya qazeta”-ya () istinadən xəbər verir. Bildirilir ki, Azərbaycan hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görür: “Bu il hərbi xərclər artırılacaq. Bunu prezident İlham Əliyev öz çıxışında bildirib. Onun sözlərinə əsasən böhran və neft qiymətlərinin düşməsinə baxmayaraq, ordu ən müasir texnika və silahlarla təmin olunur”.

Qəzet vurğulayıb ki, 2016-cı ilə nisbətən müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi üçün ayrılmış vəsait 187 milyon manat və ya 6,6% artırılaraq 2,8 milyard manata çatdırılıb. Bu vəsait təqribən 1,8 milyard dollara bərabərdir.

Həmçinin bildirilib ki, Azərbaycan prezidenti öz çıxışında deyib: “Azərbaycan özünün hərbi potensialını gücləndirməyə, o cümlədən ən müasir silahlarla təmin edilməsinə davam edəcək. Bu gün Azərbaycan ordusu həm döyüş effektivliyi, həm də texniki təchizat nöqteyi-nəzərindən dünyanın ən güclü orduları siyahısına daxildir”.

Qeyd edilib ki, bu vəsaitin mühüm hissəsi yeni növ silahların və texnikanın alınmasına xərclənilir.

Qəzet daha sonra yazır ki, rəsmi Bakının hərbi texnika, uçan aparatlar və reaktiv qurğular aldığı ilk 5 ölkəyə Rusiya, İsrail, Pakistan, Ukrayna və Türkiyə daxildir.

12.01.2017 12:26 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo