İki piyadanı maşın vuraraq öldürüb

Samir Soltanov/AZADİFORM. Bakıda iki piyadanı maşın vuraraq öldürüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, yanvarın 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb. 

Digər hadisə Nərimanov rayonu M.Araz küçəsində baş verib. Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

12.01.2017 12:15 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo