Biz aprel döyüşlərində sübut etdik ki

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan Prezidenti birinci dəfə deyil ki, bunu vurğulayır. Həqiqətən də, Azərbaycan öz torpaqlarında ikinci erməni dövləti yaratmağa imkan verməyəcək”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, torpaqlarımızda erməni dövləti yaratmaq hadisəsi bir dəfə baş verib: “Bu ya tarixi səhlənkarlıq idi, ya da aparıcı dövlətlər Azərbaycana təzyiq etmişdilər. Hər halda, vaxtilə elədilər. Bu səhvi təkrar etmək olmaz. Biz nəinki buna heç vaxt razı olmayacağıq, hətta torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bunu xüsusilə qeyd etdi”.  

Politoloq qeyd edib ki, prezident aprel hadisələrini də yada saldı: “Azərbaycanın iradəsi, hərbi  potensialı, torpaqlarını işğaldan azad etməyə hazırlığı göz qabağındadır. Biz bunu aprel hadisələri zamanı nümayiş etdirmişik. Bunu dünya da, Ermənistan, ATƏT-in Minsk qrupunun həmsədrləri də çox yaxşı bilir. Region ölkələri də dərk edir”.

F. Sadıqovun fikrincə, aprel döyüşlərində biz sübut edə bildik ki, əbədi olaraq bu  vəziyyətlə razılaşmayacağıq və əbədi olaraq danışıqlar prosesində iştirak etməyəcəyik: “Torpaqlarımızı azad etməyə səylərimizi əsirgəməyəcəyik, hərbi, siyasi, diplomatik istiqamətlərdə addımlarımızı atacağıq. Hesab edirəm ki, Ermənistana ciddi xəbərdarlıq olmalıdır. Əgər Ermənistanın siyasi elitasında 1-2 nəfər sağlam düşüncəli adam qalıbsa, bunu dərk etməlidirlər, özlərinə nəticə çıxarmalıdırlar”.

12.01.2017 11:52 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo