Azərbaycanın imici, yeri və mövqeyi Ermənistandan daha üstündür

Leyla Məhərrəmova/AZADİNFORM. Ümumdünya səviyyəsində, istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın imici, yeri və mövqeyi Ermənistandan daha üstündür.

Bu fikri Azadinform-a politoloq Zaur Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışına münasibət bildirərkən deyib. Z. Məmmədov qeyd edib ki, bunun obyektiv səbəbləri var: “Ermənistan açıq-aşkar Azərbaycan torpaqlarını işğal edib, 1 milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvalarından qovub. Beynəlxalq hüquqa görə bu ölkə işğalçı tərəfdir”.

Politoloq vurğulayıb ki, beynəlxalq hüququ əsas göstərən BMT başda olmaqla bir çox təşkilatlar ermənilərin torpaqlarımızdan çıxmasının zəruriliyini bildirirlər.

Z. Məmmədov təəssüflə qeyd edib ki, beynəlxalq güclər tərəfindən bu dövlətə heç bir təzyiqlər edilmir, illərdir ki, torpaqlarımız işğal altındadır: “Onlar başa düşməlidir ki, münaqişənin bu fazada qalması gələcəkdə çox təhlükəli regional müharibəyə gətirib çıxara bilər. Bu təkcə iki dövlət arasında olan münaqişə deyil”. Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bir konstruksiyanı xatırladır və ani bir titrəyiş bütün konstruksiyanın tərpənməsinə səbəb olacaq.

12.01.2017 10:40 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2017
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo