Bakıda sahibsiz tikilidə asılmış kişi meyiti aşkarlanıb

Bakıda intihar hadisəsi baş verib. 

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə qeydə alınıb. Yerli sakinlər polisə həmin tikilidə asılmış kişi meyitinin aşkarlanması barədə məlumat veriblər. 

Həyata keçirilən tədbirlər nəticəsində intihar edən şəxsin Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

12.01.2017 10:18 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo