Şəmkirdə 3, Tovuzda 2 otaqlı ev yanıb - Ölən var

Adəm Abbaslı/AZADİNFORM. Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Azadinform FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz rayonunda da vətəndaşa məxsus evdə yanğın olub. Tovuz rayonu, Əyyublu kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

12.01.2017 09:50 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo