Deputat: Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir

“Bu gün dünyanın demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam sağ-salamat evə dönəcəyinə inamı yoxdur”.

Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycanda isə tamamilə fərqli bir şərait var: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib. Bunu etibarlı edən eyni zamanda xalqımızın daim hakmiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafı ilə bağlıdır”.

M.Qasımlı deyib ki, Azərbaycan vətəndaşları daim dövlətin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdır:

“Sabitlik və dövlətimizin güclü olması ilk növbədə Azərbaycan vətəndaşlarının xeyrinədir. Çünki sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz". (trend)

12.01.2017 09:30 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo