Ucarda iki minik avtomobili toqquşub, yaralanan var

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.  

10 LL 586 dövlət nömrə nişanlı "VAZ-2106" markalı  maşınla  61 BE 957 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşın toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü baş nahiyəsindən xəsarət alıb. Rayon polis şöbəsinin növbətçi hissəsindən hadisənin baş verdiyi təsdiqlənsə də sürücülərin şəxsiyyəti barədə məlumatsız olduqları bildirildi. İlkin ehtimala görə hadisəyə  yüksək sürət səbəb olub.

Faktla bağlı rayon polis şöbəsində  araşdırma aparılır. (apa)

11.01.2017 22:45 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2017
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo