"Səddam Hüseynin edamı ABŞ üçün biabırçılıq idi"

İraqın sabiq prezidenti Səddam Hüseyn həbs olunandan sonra sorğu-sual edən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı onu çox qapalı adam adlandırıb.

O, onun edamı və ölkəsinin aqressiv münasibətini ABŞ-ın, o cümlədən oğul Corc Buşun səhv siysasətinin nəticsi hesab edir.

2003-cü ilin dekabr ayında Səddam Hüseyn əsir götürüləndən sonra Mərkəzi Kəşfiyyat İdarəsinə ona yanaşa bilib müəyyən informasiyaları ala biləcək mütəxəssis tələb olunub. Bu adam Con Nikson olub.

O, 1998-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsində işləməyə başlayandan Səddam Hüseynin həyatını öyrənməyə başlayıb. Onun rolu dünyanın müxtəlif ölkələrinin liderləri haqda informasiya toplayıb təhlil etmək, onların öz postlarını tutmalarının və belə uğurlara nail olmalarının səbəbini araşdırmaqdan ibarət idi.

O, İraqda ABŞ hərbçiləri devrilən lideri doğma şəhəri Tikritin rayonlarından birindəki tikintilərin yeraltı gizlənmə yerində ələ keçirəndə İrqada olub. Bundan sonra ortaya Səddam Hüseynin bir neçə oxşarı olduğundan dəqiq identifikasiyası və sorğu-sualı məsələsi ortaya çıxır.

 

2011-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsindən gedən Niksonun sözlərinə görə, gördükdən dərhal sonra onda qarşısındakı adamın Səddam Hüseyn olması ilə bağlı heç bir şübhə yaranmayıb.

Onun sözlərinə görə, Amerika KİV-lərinin təsvir etdiklərindən tamamilə fərqli olaraq İraq liderinin “insanlıq tərəfini” görüb.

“O, mənim nə vaxtsa rastlaşdığım insanlar arasında ən xarizmatiki idi”.

Nikson qeyd edib ki, Ağ evə yalnız İraqda kütləvi qırğın silahının mümkün olması ilə bağlı fakt vacib idi. Ancaq Səddam Hüseyn öz nüvə proqramını İraqa müdaxilədən neçə il öncə məhdudlaşdırmışdı, onu bərpa etmək istəyi ilə bağlı isə heç nə aşkarlanmamışdı. Lakin Vaşinqtona bunun heç bir fərqi yox idi.

O bəyan edib ki, prezident reallıqdan təcrid olunmuşdu və yalnız öz administrasiyasının və köməkçilərinin məsləhətlərinə qulaq asırdı.

Nikson qeyd edib ki, əgər belə bir imkanı olsaydı, o, sevinclə kiçik Buşun yox, Səddam Hüsyinin əllərini sıxardı. (modern.az)

11.01.2017 22:07 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2017
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo