Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub

"Cenevrədə Kiprlə bağlı aparılan danışıqlarda bir sıra məsələlərlə bağlı razılıq əldə olunub".

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir açıqlama ilə BMT-nin Kipr üzrə xüsusi müşaviri Bart Eyde çıxış edib.

Məlumata görə, bugünkü danışıqlarda Kipr icmasının rəhbəri BMT-yə yol xəritəsi təqdim edib. Amma sənədin detalları ictimaiyyətə açıqlanmır.

BMT rəsmisinin sözlərinə görə, bu konfransı tarixi hadisə hesab oluna bilər: “Danışıqlar sabah Türkiyə, Yunanıstan və Böyük Britaniya xarici işlər nazirlərinin iştirakı ilə davam etdiriləcək”.

Qeyd edək ki, Kiprlə bağlı danışıqlar 2015-ci ildə yenilənib.

11.01.2017 21:58 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo