Dünya İqtisadi Forumunun ekspertləri 2017-ci ilin əsas risklərini açıqladılar

Dünya İqtisadi Forumunun (DİF) mütəxəssisləri ekstremal hava təzahürlərini, məcburi kütləvi miqrasiyanı və terror hücumlarını 2017-ci ildə bəşəriyyət üçün əsas təhlükələr adlandırıblar.

Qlobal risklər barədə illik məruzə qeyri-hökumət təşkilatlarının Davosda keçirilən görüşündə təqdim olunub. Məruzə müəllifləri ehtimalı yüksək olan risklərin beşliyinə, həmçinin təbii fəlakətləri və məlumat bazası manipulyasiyası ilə bağlı iri fırıldaqları daxil ediblər.

İl ərzində ehtimalı böyük olan risk beşliyi dəyişib. 2016-cı ildə DİF ekspertləri siyahıda ilk yerə genişmiqyaslı miqrasiyanı qoyurdular, terror hücumları isə ilk beşlikdə ümumiyyətlə yox idi. Onların yerini regional nəticələri ilə dövlətlərarası münaqişələr tuturdu.

Hazırkı siyahıya, həmçinin kiberhücumlar, qanunsuz ticarət (o cümlədən silah, radioaktiv maddələr, narkotik vasitələr və dövriyyəsi qadağan və ya məhdud malların ticarəti), dövlətlərarası münaqişələr və hökumət uğursuzluqları daxildir.

Həyata keçdiyi halda ən dağıdıcı effekti olacaq potensial təhlükələrə DİF ekspertləri kütləvi qırğın silahlarını, ekstremal hava hadisələrini və təbii fəlakətləri, su və qida böhranlarını, eləcə də işsizliyi aid ediblər. (azərtac)

11.01.2017 21:36 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo