Astana görüşü təxirə salına bilər

Suriya krizisinin həlli üçün yanvarın 23-də keçirilməsi nəzərdə tutulan Astana görüşü təxirə salına bilər.

Azadinform-un “Ria Novosti”yə istinadən məlumatına görə, buna səbəb kimi yanvarın 12-də Ankarada silahlı qrupların nümayəndələrinin iclasının keçirilməsi göstərilir. Bu barədə Suriya müxalifətindən olan mənbə bildirib.

“Hər kəs Ankarada silahlı qrupların iclasının nəticəsini gözləyir. Astanada danışıqlarda siyasi qüvvələr deyil, yalnız silahlı birliklər iştirak edəcəklər”, - deyə mənbə vurğulayıb.

11.01.2017 21:24 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo