Uşaqlarda nevrozu yaradan səbəblər açıqlandı

"Uşaqlarda onurğa, omba çıxığı problemlərini vaxtında həll etmək lazımdır. Əks təqdirdə uşaqların yeriməsi ilə bağlı problem yaranır".

Bunu həkim-fizioterapevt Zaur Əliyev deyib.

O, onurğa problemi ilə üzləşən xəstələr arasında uşaqların üstünlük təşkil etdiyini deyərək, körpələrdə nevrozun yaranma səbəblərinə toxunub: "Bəzən həkimə 2 yaşını keçən, lakin yeriyə bilməyən uşaq gətirirlər. Müayinədən sonra doğuş zamanı uşağın ombasının yerindən çıxdığı üçün bu cür problem yarandığı məlum olur. Uşaqlar arasında onurğa sütununun xəstəlikləri, sinirin sıxılması problemləri olur. Bundan sonra uşağın sinirlərinin pozulduğunu, nevroz olduğunu deyirlər. Əslində isə səbəb sinirin sıxılmasıdır".

Həkim-fizioterapevt qan-damar siteminin onurğanın içindən keçdiyini xatırladıb: "Fəqərənin burulması nəticəsində bu sistemin və beyinin qidalanması pozulur. Beyin düzgün qidalanmadıqda nevroz yaranır. Ona görə də uşaqlarda problem olanda vaxtında üstünə düşmək lazımdır". (report)

11.01.2017 21:07 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo