"İlin avtomobili" mükafatının qalibi müəyyənləşdi

Hər il Şimali Amerikada keçirilən “İlin avtomobili” mükafatının qalibi elektromobil “Chevrolet Bolt” olub.

Azadinform xarici mediaya istinadən bildirir ki, mükafatlanmanın yekunları Detroyd ştatının beynəlxalq avtosalonunda elan edilib.

Əsas nominasiyada amerika elektrokarı “Hyundai Genesis G90” və “Volvo S90” sedanlarını üstələyib. 

Bundan başqa, ən yaxşı model daha iki kateqoriya üzrə müəyyən edilib. “Honda Ridgeline” modeli ən yaxşı pikap, “Chrysler Pacifica” isə ən yaxşı minik avtomobili nominasiyasında qalib olub.

Qalibləri 57 nüfuzlu avtojurnalistdən ibarət olan münsiflər heyəti müəyyənləşdirib. Onlar müsabiqə iştirakçılarını texnologiya, təhlükəsizlik, dizayn, dəyəri və digər parametrləri üzrə qiymətləndirib.

11.01.2017 20:44 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo