İraq neft hasilatını azaltmağı düşünmür

Neft bazarında qiymətlərin sabitləşməsindən uzun zaman keçmədən İraq fevral ayında hasilatı rekord həddə çatdıracağını bildirib.

İraq OPEC-in hasilatı azaltması ilə bağlı anlaşmasına əməl etməyərək hasilatı dekabr ayındakı orta günlük 3,51 mln. barel həcmindən fevral ayında 3,641 mln. barelə çatdırmaq istədiyini açıqlayıb. Bu barədə məlumat İraq dövlət neft şirkəti SOMO tərəfindən verilib. Belə olarsa, hasilatda artım gündəlik 130 min barel və ya 3,7% təşkil edəcək.

Neft treyderləri ilkin mərhələdə anlaşma tərəflərinin şərtlərə tam əməl edəcəklərini və hasilatı artırmayacaqlarını düşünsələr də İraq 2017-ci ildə hasilatı 7% yüksəldəcəyini planlaşdırdığını bildirib. Bu xəbərin açıqlanmasından sonra neft qiymətləri 54 dollar/bareldən aşağı düşüb. 

Xatırladaq ki, bu gün səhər ABŞ Neft İnstitutu tərəfindən ölkədə neft ehtiyatlarının gözlənilən 900 min bareldən daha çox, yəni 1,5 mln. barel artdığı açıqlanıb. (report)

11.01.2017 20:16 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo