Rusiya ilə heç bir əlaqəm yoxdur! - Tramp

ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

Azadinform-un xəbərinə görə, D. Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün “Twitter” səhifəsində iri hərflərlə bunları yazıb: “Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!”    

D. Tramp bundan əvvəlki “tvit”ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

11.01.2017 19:46 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo