Metroda terror həyəcanı

Samir Soltanov/AZADİNFORM. İstanbulda Yeni il gecəsi əyləncə klubunda 39 nəfərin öldüyü, 65 nəfərin yaralandığı terror aktını törədən Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə məlumat daxil olandan dərhal sonra polis metronu bağlayıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün sərnişinlər stansiyadan çıxarılıb. Hazırda polis əməkdaşları stansiyada yoxlama aparırlar. 

Şübhəli şəxsin başqa istiqamətə getməsi ehtimalı ilə əlaqədar olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

11.01.2017 18:16 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo