Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

Samir Soltanov/AZADİNFORM. “Sumqayıt”dan ayrılaraq yenidən legioner həyatı yaşamaq qərarına gələn Amit Quluzadə AEL-lə münasibətləri rəsmiləşdirib. 

Azadinform xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq rəsmi müqaviləyə qol çəkib. 

Bu barədə futbolçu özü feysbuk səhifəsində məlumat yayıb. Bir neçə gündür Larissada olan Amit bu gün klubun ofisinə yollanaraq, rəsmi müqaviləyə qol çəkib. Azərbaycan millisinin də formasını geyinmiş Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə qol çəkib. 

Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko” (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.

11.01.2017 19:00 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo