Masallı RİH-də yoxlama aparılıb

Samir Soltanov/AZADİNFORM. Hesablama Palatasının cari ildə ilk Kollegiya iclası keçirilib. 

Azadinform xəbər verir ki, kollegiya iclasında nəzarət tədbirləri üzrə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Masallı rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirə olunub. 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. 

Kollegiyada  Hesablama Palatasının 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiqlənib.

11.01.2017 18:07 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo